Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə  15 May - Beynəlxalq Ailə Günü münasibətilə  görüş keçirilib

15.05.2025

Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Uzunömürlü ailələrimiz" mövzusunda maarifləndirici görüş təşkil olunub.

Tədbirdə çıxış edənlər ailə institutunun cəmiyyətdəki əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanmasının və gənc nəsillərə ötürülməsinin vacibliyindən bəhs ediblər. Görüş zamanı əxlaq, ailə adət-ənənələri və nəsillərarası bağların möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Eyni zamanda  ailə dəyərlərinin formalaşmasında gənclərin rolu vurğulanaraq,  bu kimi görüşlərin əhəmiyyəti qeyd edilib.

Sonda  mövzu ətrafında suallar cavablandırılıb, fikir və təkliflər dinlənilib.